Zurabişvili sərhədlərin delimitasiyasından DANIŞDI: "Vaxtında başa çatdırılmalıdır"

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılılqı strateji maraq kəsb edir”.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşdə bildirib.

Dövlət başçısı əminlik ifadə edib ki, bu prosesə heç nə və heç kim mane ola bilməz.

Görüşdə C.Bayramov Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qəti olaraq dəstəklədiyini bildirib. S.Zurabişvili də öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib.

Prezidentin sözlərinə görə, Gürcüstan bölgədə sülh və sabitliyi təşfiq edən platforma olmağa hazırdır.

Tərəflər həmçinin iki ölkə arasında siyasi, iqtisadi-ticari, mədəni əlaqələrin dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər, Gürcüstan və Azərbaycanın dost ölkələr və strateji tərəfdaşlar olduğunu vurğulayıblar.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Azərbaycanın beş rayonunu qaytarır?! - ANALİZ

SONRAKI XƏBƏR

ABŞ Əfkarinin edamına görə İrana sanksiya tətbiq etdi