ABŞ Əfkarinin edamına görə İrana sanksiya tətbiq etdi

Vaşinqton İranın rəsmi şəxslərinə, o cümlədən çempion güləşçi Navid Əfkarini edam cəzasına məhkum edən məhkəmə hakiminə qarşı yeni sanksiyalar tətbiq edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Venesuela və iran üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.

Qeyd edək ki, Əfkari 2018-ci ildə hökumət əleyhinə küçə nümayişlərində iştirakı və xüsusi qrup təşkil edərək İranda hakim rejimi devirməyə çalışması ittihamı ilə ölüm hökmünə məhkum edilmişdi. UFC rəhbəri Deyn Uaytın, ABŞ Prezidenti Donald Trampın, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın çağırışlarına baxmayaraq, İran hökuməti 27 yaşlı idmançını sentyabrın 13-də edam etmişdi.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Zurabişvili sərhədlərin delimitasiyasından DANIŞDI: "Vaxtında başa çatdırılmalıdır"

SONRAKI XƏBƏR

Ölkəmizdə onkoloji xəstələrə pulsuz dərman verilirmi? - Xəbərlərin 20:00 buraxılışı