Ermənilərin saxta profillərinin və feyk xəbərlər yayan saytlarının siyahısı... - FOTOLAR

Ermənilərin saxta profillərinin və feyk xəbərlər yayan saytlarının siyahısı...  - FOTOLAR

Moderator.az dünən ermənilərin, kürd millətçilərinin və şiə radikallarının sosial şəbəkələrdə və internetdə Azərbaycanı hədəfə alan yalan məlumatları saxta profillərlə yayması barədə məlumatı oxucuların diqqətinə çatdırmışdı. Bu gün də eyni məlumatlar daxil olmaqdadır.

Ermənilərin təxribat-pozuculuq fəaliyyəti davam edir. Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan asekose.am resursu guya suriyalı türkmənlərin Qarabağa – münaqişə bölgəsinə yerləşdirilməsi haqqında saxta məlumatlar yaymaqda davam edir.

Ermənilər tərəfindən saxta məlumatları yaymaq üçün istifadə edilən etha15.com adlı resurs da eyni tip saxta xəbərlər yayır.

Bundan əlavə əsasən PKK – çılara xidmət edən və radikal kürd qruplaşmasını, o cümlədən Avropada məskunlaşan kürdlərin mövqeyini yayan gazetepatika11.com saytı da guya Azərbaycana göndərilmiş Türkiyənin dəstəklədiyi 41 nəfər suriyalının siyahısını yayıb. Bu, erməni və antiTürkiyə mövqeyində olan kürd millətçilərinin bu günlərdə aktiv şəkildə yaydığı feyk xəbərlər sırasındadır.

Saxta profillərin və feyk xəbərləri yayan saytların fotolarını təqdim edirik:

 

 

 

Mənbə: moderator.az