Müttəfiqləri Rusiyaya qarşı birləşdirməyə çalışırlar - XİN

ABŞ-ın daxili siyasi proseslərinə müdaxilə etmədiyimizi və etmək niyyətində olmadığımızı dəfələrlə bildirmişik.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Maliyyə Nazirliyinin ölkəsinə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

"Bütün mövcud məsələlərin danışıqlar masasında peşəkar və ya qeyri-siyasi olaraq nəzərdən keçirilməsini dəfələrlə təklif etmişik. Ancaq təəssüf ki, hələ də Vaşinqtondan qarşılıqlı diqqəti görmürük. Onlar seçkiqabağı daxili siyasi mübarizədə spekulyasiya edirlər və müttəfiqlərini Rusiyaya qarşı birləşdirməyə çalışırlar", - Zaxarova vurğulayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Əməkdar artistin oğulları universitetə qəbul oldu

SONRAKI XƏBƏR

Chery Tiggo 8 Plus modelinin interyerini nümayiş etdirib - FOTO