Ermənilərin ağ yalanları - VİDEO

Ermənilərin ağ yalanları - VİDEO

İşağlçı Ermənistanın Azərbaycana qarşı təxribat-pozuculuq fəaliyyəti davam edir. Ermənilər tərəfindən növbəti dəfə Azərbaycana qarşı istər sosial şəbəkələrdə, istərsə də mənşəyi bəlli olmayan xarici KİV-lərdə yalan, çaşdırıcı məlumatlar paylaşılıb.

Ermənistan cəbhədə olduğu kimi, informasiya müharibəsində də təxribata əl atır.

Ermənilərin kəşfiyyat-təxribat qrupu təkcə cəbhədə deyil, sosial şəbəkələr vasitəsilə də çaşqınlıq yaratmaqda maraqlıdır. Sosial şəbəkələrdə saxta hesab açaraq müxtəlif dezinformasiyalar yayırmaqla düşmənin tək məqsədi xalq arasında çaşqınlıq yaratmaqdır. Ermənilər davamlı şəkildə sosial şəbəkələrdə Azərbaycana müxtəlif terror təşkilatları ilə iş birliyi qurması barədə materialar paylaşırlar.

Sosial şəbəkə istifadəçiləri bu məsələdə çox diqqətli olmalı, xüsusən də ordumuzla bağlı yayılan məlumatları rəsmi qurumların açıqlamaları olmadan istinad etməməlidir.

 

Mənbə: www.realtv.az