Sudanda generallar İsrail ilə normallaşmanı dəstəklədilər

Sudanda generallar İsrail ilə normallaşmanı dəstəklədilər

Eastnews.org-un verdiyi xəbərə görə, Sudanda hərbi çevriliş ilə hakimiyyətə gələn Milli Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan Birləşmiş Ərəb Əmirliklərində ABŞ rəsmiləri ilə görüşüb.

Bu barədə Əbdülfəttah əl-Burhan özü jurnalistlərə açıqlamasında bildirib.

Görüş zamanı işğalçı İsrail rejimi ilə əldə olunan diplomatik münasibətləri normallaşdıran razılaşmanın müzakirə edildiyini vurğulayan Əbdülfəttah əl-Burhan görüşün təfərrüatları barəsində Sudandakı keçici hökumət ilə bölüşəcəklərini də diqqətə çatdırıb.

O, iddia edib ki, baş verən razılaşma bölgə üçün çox əhəmiyyətlidir.

Mənbə: Türk mediası

Mənbə: eastnews.org