Türkiyədə koronavirusla bağlı yeni qayda - həps və cərimə oluna bilərlər

Türkiyədə koronavirusla bağlı yeni qayda  - həps və cərimə oluna bilərlər

Türkiyədə koronavirus diaqnozu qoyulmuş xəstələrlə bağlı yeni prosedur tətbiq olunacaq.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı yeni sənəddə deyilir.

Belə ki, “Əlaqələr haqqında düzgün məlumat” sənədinə əsasən koronavirus diaqnozu qoyulmuş şəxslər təmasda olduqları şəxslər haqqında natamam və ya yalan məlumat versələr, onlar haqqında hüquqi tədbir görüləcək.

Bu şəxslər Türk Cəza Qanununun 206-cı maddəsinə əsasən, üç aydan iki ilə qədər həbs və ya məhkəmə qərarı ilə müəyyən olunmuş məbləğdə cərimə oluna bilərlər.

Sənədin 81 vilayətə göndərilməsi nəzərdə tutulur.

Mənbə: qafqazinfo.az