Lukaşenko hamilə həyat yoldaşını döyməkdə ittiham olunur

Belarusdan olan modaçı Aleksandr Varlamov 26 ildir ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenkonun ünvanına ittiham səsləndirib.

Onun iddiasına görə, “Batka” bir neçə il əvvəl həyat yoldaşını kiçik oğlu Kolyaya hamilə olan vaxt möhkəm döyüb.

Bizimyol.info xəbər verir ki, Varlamov Lukaşenkonunu arvadını xəstəxanalıq etdiyini bildirib. Modaçının dediyinə görə, ölkə rəhbəri İrina Abelskayanı tanınmaz hala salıbmış. Qadın Lukaşenkoya hamiləliliyin vaxtında deməyib. Uşaq üç aylıq imiş və abort üçün gecikiblər. Prezident çox qəzəblənib, qadını cinsi orqan sayəsində Belarus taxt-tacına yiyələnmək məqsədində ittiham edib. Sonra Abelskaya möhkəm döyülüb.

“Görəsən Kolya bilirmi ki, onun dünyaya gəlməsini atası necə “istəyirmiş”?” – Varlamov ironiyaya yol verib.

Modaçı bir müddət əvvəl etiraf etmişdi ki, Lukaşenko üçün hamama qadın aparırmış.

İrina Abelskaya Respublika Tibb Mərkəzinin baş həkimidir. O, Nikolayı 2004-cü avqustun 31-də dünyaya gətirib.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

YAP İdarə Heyətində videokonfrans keçirildi

SONRAKI XƏBƏR

Tbilisidəki Azərbaycan teatrının məsələsi yenidən gündəmə gətirilib