Tramp bizdən üzr istəməli, təzminat verməlidir – Səfir

Tramp bizdən üzr istəməli, təzminat verməlidir – Səfir

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı ətrafında vəziyyəti həll etmək üçün Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdığına görə Tehrandan üzr istəməlidir.

Axar.az xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, üzrxahlıqdan əlavə Amerika İrana dəyən iqtisadi və siyasi itkiləri kompensasiya etməlidir.

Mənbə: axar.az