Türkiyə Milli Təhlükəsizlik Şurası Yunanıstana xəbərdarlıq etdi

Türkiyə Milli Təhlükəsizlik Şurası Yunanıstana xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Milli Təhlükəsizlik Şurası dünən axşam saatlarında iclas keçirib.

 

İclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edib və müzakirələr aparılıb.

 

Milli Təhlükəsizlik Şurasının iclasından sonra bəyanat da yayımlanaraq, Türkiyə hökumətinin mövqeyi açıqlanıb.

 

Bildirilib ki, Türkiyə bu günə qədər sahib olduğu quru, dəniz və hava sərhədlərinin pozulmasına heç bir halda icazə verməyəcək.

 

"Qeyri-hərbi adaların silahlandırılması beynəlxalq hüquqa ziddir. Bu barədə biz Yunanıstanı dəfələrlə qanunun aliliyini qorumağa dəvət etmişik. Bundan əlavə bölgədəki təbii sərvətlərin də ədalətli şəkildə bölünməsi ilə bağlı hər müstəvidə dialoq təklifimizi diqqətlərə çatdırmışıq", - deyə bəyanatda diqqətə çatdırılıb.

Mənbə: NTV

Mənbə: eastnews.org