Suriyadakı rus hərbçilərin qalmaqalı görüntüsü yayıldı – Terrorçulara fəxri fərman verdilər (FOTO)

Suriyadakı rus hərbçilərin qalmaqalı görüntüsü yayıldı – Terrorçulara fəxri fərman verdilər (FOTO)

Suriyada Rusiya ordusuna məxsus bir hərbi heyət Ayn Əl Ərəb (Kobani) şəhərinə gedərək terror təşkilatı PYD-yə terrorçulara plakat verib.

Avropa.info xəbər verir ki, PYD-nin quruluşunun 17-ci ili üçün edilən qalmaqallı səfərdə çəkilən fotolar, terror təşkilatına yaxın sosial şəbəkə hesabları tərəfindən paylaşılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl PYD üzvü terrorçunun Rusiyaya məxsus hərbi maşından düşməsi görüntüləri yayılmışdı.

ABŞ-ın Suriyadan çıxdığı ərazilərdə Rusiya YPG terror təşkilatının üzvləri ilə birgə fəaliyyətlər aparır.

Mənbə: avropa.info