İngiltərə Belarusa qarşı sanksiya tətbir eləməyi qərara aldı

İngiltərə Belarusa qarşı sanksiya tətbir eləməyi qərara aldı

PİA.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İngiltərənin Xarici İşlər naziri Dominik Raab Belarusda keçirilən prezident seçkilərinin nəticəsini tanımadıqlarını bildirərək, Belarusa qarşı sanksiya tətbiq eləməyi qərara aldıqlarını bildirib.

Lukaşenkonun yenidən vəzifə başına keçməsi səbəbindən ölkə olaraq hərəkətə keçdiklərini bildirən Raab deyib: “Xarici İşlər Nazirliyinin sanksiya qrupuna insan hüquqlarının ciddi şəkildə pozulmasında təqsirkar olanlara qarşı Maqnitski sanksiyaları hazırlanması göstərişini verdim. Müvafiq siyahıları təcili şəkildə hazırlamaq üçün ABŞ və Kanada ilə əməkdaşlıq edirik”.

pia.az

Mənbə: pia.az