Millət vəkili yeni təyinat alan müəllimlərlə görüş keçirib

“Bu gün mənim təşəbbüsüm və Biləsuvar Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu və yerdəyişmə müsabiqəsində uğur qazanaraq yeni təyinat almış müəllimlərlə videokonfrans formatında görüş keçirdik”.

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, müqəddəs peşə sahiblərini imtahanda göstərdikləri yüksək nəticələrə görə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar: “Eyni zamanda müəllimlərin diqqətinə çatdırdıq ki, üzləşdikləri problemlər, habelə onları maraqlandıran məsələlərlə bağlı hər zaman səlahiyyətlərimiz daxilində kömək və əməkdaşlığa hazırıq”.

Vilayət Muxtar
Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Atletika üzrə Bakı çempionatının ikinci gününə start verilib

SONRAKI XƏBƏR

Qadınların cinsi istismarı problemi: kim, kimi, niyə, harda, necə...? - ANALİZ