Portuqaliyadan İrəvana “sürpriz”: Sazişi təsdiqləmədi

Portuqaliya Avropa Birliyi ilə Ermənistan arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini (CEPA) təsdiqləməyib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Avropaya İnteqrasiya komitəsinin sədri Arman Yeqoyan deyib. Komitə sədri bildirib ki, Portuqaliyanın sazişi təsdiqləməsi üçün yenidən cəhd ediləcək:

“İndiyə qədər yalnız bir ölkə Ermənistan-Avropa Birliyi Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini təsdiqləməyib. Bu ölkə Portuqaliyadır”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Qəza nəticəsində maşın parçalandı - Foto

SONRAKI XƏBƏR

Ehtiyatda olan polkovnik Əfrahim Təhməzov təltif olunub