"Pakistan hər zaman Azərbaycanın yanındadır" - Yeni səfir

"Pakistan hər zaman Azərbaycanın yanındadır" -    Yeni səfir

Pakistanın Azərbaycandakı yeni səfiri Bilal Haye ölkəsinin "Qafqaz-2020" təlimlərində iştirakına münasibət bildirib. Azvision.az -ın məlumatına görə, səfir bildirib ki, Pakistan bu təlimlərdə Ermənistana görə iştirak etmir.

Səfir vurğulayıb ki, Pakistanın Rusiya və Çinlə yaxşı əlaqələri var, həmin ölkələrdə təlimlərdə iştirak edirlər.

Diplomat Pakistanın Ermənistanı dövlət kimi tanımadığını bir daha bəyan edib. Diqqətə çatdırıb ki, Pakistan hər zaman Azərbaycanın yanındadır.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az