Putin "Qafqaz-2020" hərbi təlimlərini izləməyə gedib

Putin "Qafqaz-2020" hərbi təlimlərini izləməyə gedib

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə gəldiyi Həştərxan bölgəsindəki Kapustin Yar poliqonunda “Qafkqz-2020” strateji təlimlərinin əsas mərhələsini müşahidə edəcək.

Bu barədə Rusiya mətbuatı məlumat verib.

Məlumata əsasən, “Qafqaz-2020” təlimlərinin əsas hədəfləri Cənubi Hərbi Dairənin komandanlığı hərbi komandanlıq və nəzarət orqanlarının döyüş hazırlığını yoxlamaq, sülhməramlı və hərbi təhlükəsizlik vəzifələri zamanı qoşunların qarşılıqlı əməkdaşlıq səviyyəsini artırmaq, habelə birgə problemlərin həlli isitqamətində RF Silahlı Qüvvələrinin və tərəfdaş dövlətlərin milli maraqları qorumaq üçün hazırlığını yoxlamaqdır.

Xatırladaq ki, bir müddət öncə “Sputnik” Ukrayna Rusiyanın “Qafqaz-2020” təlimlərindən Avropa İttifaqına şikayət edib.

Qeyd edək ki, Azərbaycanı bu təlimlərdə iki hərbi müşahidəçi təmsil edir.

Mənbə: RİA

Mənbə: eastnews.org