Pakistan səfiri: “Pandemiyadan sonra ölkələr arasında birbaşa aviareyslərin açılması müzakirə olunacaq”

Pakistan səfiri: “Pandemiyadan sonra ölkələr arasında birbaşa aviareyslərin açılması müzakirə olunacaq”

“Pandemiya bitdikdən sonra Azərbaycanla Pakistan arasında birbaşa aviareyslərin açılması istiqamətində müzakirələr aparacağıq”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee mətbuat brifinqində deyib.

O qeyd edib ki, bu, iki ölkənin vətəndaşlarının səfərlərinin asanlaşdırılması üçün vacibdir.

Mənbə: apa.az