Pakistan səfiri: “Ermənistanın atəşkəsi pozması qəbuledilməzdir"

“Ermənistanın atəşkəsi pozması qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee mətbuat brifinqində deyib.

O qeyd edib ki, Pakistan Azərbaycanın yanındadır və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasını dəstəkləyir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan əhalisinin bank əmanətlərində dollarlaşma ilin əvvəlindən artıb

SONRAKI XƏBƏR

Ermənistanda "Qazprom"un əməkdaşlarına hücum edildi İKİ POLİS RƏİSİ DƏ XƏSARƏT ALDI