Təhsil Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Təhsil Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin missiyası bitməkdə olan rəhbəri Elena Aymone və yeni təyin olunan rəhbəri Arian Bauer ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlıq perspektivləri müzakirə edilib.

AZERTAG.AZ :Təhsil Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mənbə: azertag.az