Azərbaycanda “ordu generalı” niyə yoxdur?

Azərbaycanda “ordu generalı” niyə yoxdur?

Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa görə, Silahlı Qüvvələrdə bu hərbi rütbələr müəyyən olunur: əsgər (kursant); baş əsgər; kiçik çavuş; çavuş; baş çavuş; kiçik gizir; gizir, baş gizir; kiçik leytenant; leytenant; baş leytenant; kapitan; mayor; polkovnik-leytenant; polkovnik; general-mayor; general-leytenant; general-polkovnik; ordu generalı.

Cebhe.info xəbər verir ki, hazırda Azərbaycan ordusunda (digər hərbi və hüquq-mühafizə orqanlarında) yuxarıda qeyd olunan rütbələrdən biri-ordu generalı istisna olmaqla, daşıyan zabitlər xidmət göstərir.

Azərbaycan ordu generalının olmamasının səbəbi isə hərbi qüvvələrin şəxsi heyətinin say etibarı ilə bu rütbəyə uyğun gəlməməsidir.

Qeyd edək ki, 1993-cü il noyabrın 9-da Milli Məclisin qərarı ilə baş prokuror Əli Ömərov həqiqi dövlət ədliyyə müşaviri rütbəsi alıb. Hazırda pensiyada olan 70 yaşlı Əli Ömərov Azərbaycanda yeganə ordu generalı hesab olunsa da, hərbi ekspertlər onun bu rütbəni daşımadığını, bunun mümkünsüz olduğunu bildirir.

Xatırladaq ki, Azərbaycanın ilk və yeganə ordu generalı Səməd bəy Mehmandarov sayılır. Birinci dünya müharibəsində Səməd bəy Mehmandarov Varşava əməliyyatı istiqamətində olub və payızda burada rus qoşunları almanlar üzərində tam qələbə çalıb. Bu və başqa cəbhələrdə göstərdiyi sərkərdəlik məharətinə görə, Səməd bəy Mehmandarova 1915-ci il martın 22-də artilleriya üzrə tam general rütbəsi alıb ki, bu da müasir Silahlı Qüvvələrdə ordu generalı rütbəsinə bərabərdir.

Vilayət Muxtar
Cebhe.info

 

Mənbə: cebhe.info