Fransa “Griffon” və “Jaguar” döyüş maşınlarının ikinci partiyasını sifariş verib

Fransa “Griffon” və “Jaguar” döyüş maşınlarının ikinci partiyasını sifariş verib

Fransa SCORPİON proqramı çərçivəsində “Griffon” və “Jaguar” döyüş maşınlarının ikinci partiyasını sifariş verib. Ordu.az xəbər verir ki, bu barədə Fransanın Silahlanma üzrə Agentliyi (DGA) məlumat yayıb.
Bildirilir ki, maşınların istehsalı və tədarükü üçün “Nexter Systems”, “Arquus” və “Thales” şirkətləri ilə müqavilə imzalayıb.
İkinci mərhələdə Fransa ordusu üçün 271 ədəd “Griffon”, 42 ədəd “Jaguar” döyüş maşınları sifariş edilib. Sifariş edilən döyüş maşınları 2022-2023-cü illərdə Fransa ordusuna təhvil veriləcək.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az