Hərbi vətənpərvərlik təbliğatı: Küçələrdə qəhrəmanların şəkli olan banerlər niyə yoxdu?

Məlumdur ki, Azərbaycan uzun illərdir ki, müharibə şəraitində yaşayır və torpaqlarının 20 faizi erməni işğalı altındadır.

Elə bu səbəbdən də insanlarımızda hər zaman hərbi vətənpərvərlik ruhunu uca tutmaq vacibdir. Lakin bu sahədə görülən işlərin ürəkaçdığını demək də çətindir. Çünki nə telekanallarda, nə digər KİV-də və onun qollarında bu sahə üzrə əsaslı işlər aparılmır. Məsələn, biz bu gün telekanallarımızda şou proqramlarını daha çox görürük, nəinki hərbi verilişləri.

Digər bir məsələ isə küçələrdə bununla bağlı reklam lövhələrinin, banerlərinin yerləşdirilməməsidir. Halbuki, bu addımı ataraq, daim göz önündə saxlayaraq, kişik yaşlılara da vətən, torpaq sevgisini körpəlikdən aşılaya bilərik. Bu problemləri həll etməyin zamanı çoxdan gəlib və keçib də.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında “Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib ki, hərbi vətənpərvərliklə bağlı banerlər, reklam lövhələri mütləq qurulmalıdır:

"Qurulmalıdır ona görə ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir, torpaqlarının 20 faizi işğal altındadır. Düzdür, biz bəzi yaşayış məntəqlərində bunu görə bilərik. Şəhidlərimizin şəkilləri asıldığı küçələr var. Amma və "Vətəni qorumağa hazır ol!" və bunun kimi şüarlara, reklamlara rast gəlinmir. Aidiyyatı qurumlar yəqin ki, bununla məşğul olacaq, bu cür baner və tabloları asacaqlar. O ki qaldı niyə asılmır məsələsinə, bunun cavabını mən də dəqiq bilmirəm. Çox istərdim ki, aiddiyyatı qurumlar bu məsələyə cavab versinlər. Düşünürəm ki, bu məsələ ilə hökumətin hərbi vətənpərvərliklə bağlı aidiyyatı olan qurumları birbaşa cavabehlik, məsuliyyət daşıyır. Müdafiə Nazirliyinin hərbi vətənpərvərliklə məşğul olan aidiyyatı idarəsi var. Bu təklif oradan irəli sürülməlidir. Bundan əlavə, Nazirlər Kabineti bu məsələ ilə məşğul olmalıdır. Məsələyə təkanverici qüvvə ictimai təşkilatlar olmalıdır".

Naibə
Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Erməni tərəfi şüurlu cəmiyyətə, xalqa, dövlətə yaraşmayan açıqlamalar verir - ŞƏRH ÖZƏL

SONRAKI XƏBƏR

Avropanın ƏN GÖZƏL qəsəbələrinin siyahısı hazırlandı - Türkiyə də var