Zaqatalada 20 aztəminatlı ailəyə humanitar yardım edilib

Zaqatalada 20 aztəminatlı ailəyə humanitar yardım edilib

Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “COVID-19 pandemiyası ilə bağlı əlill övladları olan az təminatlı ailələrə yardım göstərilməsi” layihəsini həyata keçirir.

Qazet.az xəbər verir ki, layihə çərçivəsində aztəminatlı 20 ailəyə humanitar yardım edilib. Humanitar yardıma tibbi paket yardımı və 50 azn dəyərində “Araz” marketinin ərzaq kuponu daxildir. Humanitar yardım poçt vasitəsi həmin ailələrə göndərilib.

Qeyd edək ki, sözügedən layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiəqsnin qalibi olub.

Mənbə: qazet.az