"Azərbaycanda aparılan quruculuq və abadlıq işləri əhalinin məşğuluğunun artırılmasına da xidmət edir" - DEPUTAT

“Ölkəmizin hər bir guşəsi, yaşayış məntəqəsi və kəndi günü-gündən gözələşir”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Cavid Osmanov bildirib.

Deputat qeyd edib ki, burada həm infrastruktur layihələr həyata keçirilir, həm də sosial obyektlər tikilir, abadlıq və quruculuq işləri aparılır. Bunu cənab Prezidentin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirmək olar. 2004-cü ildən qəbul olunan regionlarımızın sosial və iqtisadi inkişafı ilə bağlı dövlət proqramları bunun əyani göstəricisidir. Ölkəmizin hər bir bölgəsində quruculuq və abadlıq işləri aparılır. ƏIbəttə, bu, insanlarımızın rahatlığını təmin edir və infrastruktur layihələri yeniləyir. Rahatlıqla yanaşı bu, həm gözəlik və təmizlik, həm də yeni iş yerlərinin yaradılmasıdır. Biz buna misal olaraq, Balaxanını göstərə bilərik. Bu gün Balaxanı tamamilə yenilənir. Əlbəttə, bu, çox gözəl bir mənzərədir. Cənab Prezident bu günlərdə Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva ilə birlikdə Balaxanıda olarkən bunu əyani sübut kimi gördük”.

Deputat vurğulayıb ki, belə layihələr günü-gündən çoxalır:

“Cənab Prezidentin rəhbərliyi altında bütün yaşayış məntəqələrində müxtəlif layihələr həyata keçirilir. Bunlar infrastruktur, sosial, tikinti, quruculuq, təmizlik kimi layihələrdir. Balaxanın timsalında biz gördük ki, iaşə xidmət və digər istiqamətlər üzrə yeni iş yerləri yaradılıb. Bu da eyni zamanda əhalinin məşğuluğunu artırılmasına xidmət edir. Xalqımız bütün görünən işlərə görə cənab Prezidentə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edir”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Parisdə "Charlie Hebdo" binası yaxınlığında silahlı hücum törədildi

SONRAKI XƏBƏR

“Həmzə” briqadasını Azərbaycana “göndərən” Lindsi Snell kimdir... - AMERİKALI JURNALİSTİN ƏLİYLƏ ERMƏNİ DİVERSİYASI