“Həmzə” briqadasını Azərbaycana “göndərən” Lindsi Snell kimdir... - AMERİKALI JURNALİSTİN ƏLİYLƏ ERMƏNİ DİVERSİYASI

Bu günlərdə Suriyanın şimalından Türkiyənin dəstəklədiyi “Həmzə” briqadasının minə yaxın döyüşçüsünün Azərbaycana yola salınmaq üçün “hazır vəziyyətdə olduğu” barədə dezinformasiyanı sosial şəbəkələrdə dövriyyəyə buraxan amerikalı araşdırmaçı juralist Lindsi Snelldir (Lindsey Snell).
Virtualaz.org xəbər verir ki, Azərbaycan rəsmi strukturlarının artıq qəti təkzib etdiyi və arxasında Ermənistanın dayandığı heç bir şübhə doğurmayan bu dezinformasiyanı Tvitter-də yayan Lindsi Snell ABŞ-ın Florida ştatındandır, sosial media profilində göstərdiyi kimi Floridada Fordham Universitetini bitirib. Özünü müstəqil videojurnalist kimi tanıdıb və İstanbulda yaşayırdı.
Lindsi Snell müsəlmanlığı qəbul edib, çünki əri müsəlmandır. O, Suriyada və digər münaqişə zonalarında videoreportajlar hazırlayaraq bir sıra Amerika və ərəb KİV-lərində yayıb.
2016-cı ildə Lindsi Snell Suriyanın şimalında “Cəbhət ən-Nusra” qruplaşmasının (“Əl-Qaidə”nin Suriya filialı) yaraqlıları tərəfindən oğurlanıb. Özünün bildirdiyi kimi, iki ay zirzəmidə saxlanılıb. Daha sonra sərhədi qeyri-qanuni keçərək Türkiyəyə daxil olduğu üçün bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən Hatay vilayətində saxlanılıb. İki ay sonra azadlığa buraxılıb.
Lindsi Snell Türkiyə əleydarı və bu ölkə hakimiyyəti əleyhinə reportajları ilə tanınır. O, Türkiyənin “Əl-Qaidə”yə bağlı yaraqlıları Liviyaya göndərməsindən də bəhs edib. Xüsusi xidmət orqanlarının təsiri altında olduğu ehtimal edilən bu jurnalist sonuncu dəfə sentyabrın 21-də “Həmzə” briqadasının hansısa döyüşçüsünün “qardaşından” aldığı informasiyanı tirajlayıb və bu qruplaşmanın döyüşçülərinin Azərbaycana göndərilmək üçün avtobuslarla Türkiyəyə keçdiyini yazıb. Onun dezinformasiyanı dərhal Gevorg Almasyan adlı erməni tirajlayıb və Türkiyənin “Ermənistana qarşı döyüşmək üçün Azərbaycana suriyalı muzdluları göndərməyə hazırlaşdığını” yazıb.

Dia.az

ƏVVƏLKİ XƏBƏR

Azay Quliyev seçicilərlə onlayn görüş keçirib

SONRAKI XƏBƏR

Spiker Sahibə Qafarovanın Moskvaya ilk səfəri nəticələrinə görə “tarixi” sayıla bilərmi...