Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR

Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirməyə çalışır.

Modern.az xəbər verir ki, təmas xəttinə çoxlu sayda hərbi texnika və canlı qüvvə yerləşdirən rəsmi Yerevan niyyətini pərdələmək üçün Azərbaycanı ittiham edib.

“Azərbaycan təmas xəttinə hərbi qüvvə toplayır. Ermənistan tərəfi proseslərə bütün vasitələrlə nəzarət edir”- deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşü zamanı Ermənistanın təmas xəttinə hərbi qüvvə topladığını demişdi.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar

SONRAKI XƏBƏR

Qardaş Azərbaycanın yanındayıq – Pakistan