Rusiya mərkəzi: Bugünkü vəziyyətə əsasən, Ermənistan Rusiya üçün o qədər də etibarlı müttəfiq deyil

Rusiya mərkəzi: Bugünkü vəziyyətə əsasən, Ermənistan Rusiya üçün o qədər də etibarlı müttəfiq deyil

Rusiyanın analitik mərkəzlərindən biri olan “ЦАСТ” (Texnologiyalar və Strateji Təhlillər Mərkəzi) may ayında təhlil nəşr edib və bu təhlildə Ermənistan münasibətlərin yüksək səviyyəsi - müttəfiq münasibətləri kontekstində verilir. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hesabat verib.
Ermənistanın 5-ci kanalının “Haylur” proqramı əlavə edir ki, artıq avqust ayında eyni mərkəzin işıq üzü görmüş məqaləsində Ermənistana kobud qiymətləndirmələr verilib: “Bugünkü vəziyyətə əsasən, Ermənistan Rusiya üçün o qədər də etibarlı müttəfiq deyil. Gələcəkdə bu vəziyyət prinsipcə dəyişməsə, Rusiya üçün Ermənistanla münasibətlərin əhəmiyyəti azalacaq və bu ölkə ilə əlaqələrin xarakterini yenidən nəzərdən keçirmək, Rusiyanın zərərinə olmadan düzəltmək olar”.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az