Rusiya ilə İran arasında TARİXİ RAZILAŞMA

Rusiya ilə İran arasında TARİXİ RAZILAŞMA

İran Rusiya ilə birlikdə koronavirus peyvəndi istehal edə bilər.

Publika.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali danışıb.

Səfir bildirib ki, yaxın zamanda “Sputnik V” peyvəndinin birgə istehsalı üçün iki ölkə arasında müqavilə imzalaya bilər: “Artıq peyvəndlə bağlı bir neçə görüş keçirilib. 2-3 sahədə əməkdaşlıq edəcəyik. Bunlardan biri peyvənd istehsalıdır. İran peyvənd istehsalında yüksək potensiala malikdir. Əvvəlki illərdə bu sahədə çox işlər görmüşük. Rusiya ilə bu istiqamətdə aktiv əməkdaşlıq qura bilərik. Görüşlər daavm edir. Sənədlərin imzalanmasını gözləyirik”.

K.Cəlali qeyd edib ki, ortaq istehsalla sadəcə öz tələbatlarını qarşılamaqla kifayətlənməyəcəklər. Üçüncü ölkələrə ixrac da həyata keçirə biəcəklər.

Qeyd edək ki, “Sputnik V” Rusiyanın Qamaleya adına Epidemyoloji və Mikrobioloji Araşdırma Mərkəzi tərəfindən hazırlanıb.

Zümrüd

Mənbə: publika.az