100-dən çox belaruslu məmura sanksiya tətbiq edildi

Latviya Belarusun 101 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib. Azvision.az xəbər verir ki, bu barədə TASS Latviya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, Belarus hökuməti dinc nümayişlərə münasibətini dəyişməyib.
"Nümayişlərin nüfuzdan salınmasına davam edilir, gücdən qeyri-mütənasib şəkildə istifadə olunur, müstəqil media saytlarının bloklanması artır, cinayət işləri açılır və məlumat daşıyıcıları aradan götürülür".
Latviya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, genişləndirilmiş sanksiya siyahısına Belarus Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rabitə və İnformasiya Nazirliyi, Mərkəzi Seçki Komissiyası və digər qurumların nümayəndələri daxildir.

Şahanə Rəhimli
Azvision.az

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Aynişandan MÜƏMMALI paylaşım: "ŞÜKÜR QOVUŞDURANA"

SONRAKI XƏBƏR

Parisin 11-ci rayonunda silahlı hücum olub