Azərbaycanla daha yaxın müttəfiq olmalıyıq – Səfir

Azərbaycan kimi biz də beynəlxalq təşkilatların və BMT qətnamələrinin bu münaqişələrin həllinə yardımçı olmasını gözləyirik.

Axar.az bildirir ki, bunu Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee jurnalistlərlə görüşündə qeyd edib.

“Azərbaycanın 20 faiz torpaqları işğal altındadır və 1 milyondan çox qaçqını var. Bu problemi çox yaxşı başa düşürük. Çünki bizim də Kəşmir probleminiz var. Təsəvvür edin ki, hər gün Kəşmirlə sərhəddə hansısa uşaq, hansısa qoca düşmən gülləsinin qurbanı olur. Təsəvvür edin ki, həbsxanadaymış kimi yaşayan, öz doğmalarından, yaxınlarından uzaq düşən insanlar var. BMT Təhlükəsizlik Şurasının bu insanların gələcək taleyi haqda qətnamələri var. Odur ki, qardaş Azərbaycanla daha yaxından müttəfiq olmalı, daha çox əməkdaşlıq etməli və Tanrının köməyi ilə bu problemləri həll etməliyik”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Aynişandan MÜƏMMALI paylaşım: "ŞÜKÜR QOVUŞDURANA"

SONRAKI XƏBƏR

Parisin 11-ci rayonunda silahlı hücum olub