Erməni həyasızlığının ağlagəlməz həddi TƏHLİL

İndi erməniləri narahat edən bəzi məsələlər var və onların düşündüklərinə görə, bunlardan biri də odur ki, Rusiya Ermənistana əvvəlki kimi arxa durmur. Ermənilər hətta o qədər həyasızlaşıblar və belə bir iddiadadırlar ki, Rusiya hansı problemlə qarşılaşsa da, Ermənistana qarşı birbaşa öhdəliklərindən onlar yayınmamalıdır. Maraqlıdır, bu hansı öhdəlikdir ki, ruslar ermənilər qarşısında götürüblər? Ümumiyyətlə, ruslar ermənilər qarşısında öhdəlik götürmək məcburiyyətində olublarmı və bu erməni həyasızlığının ağla belə gəlməyən həddidir.

Simasız erməni toplumu lazım olanda düşmən hesab etdiyinin sözlərini zərb məsəl kimi işlədəcək qədər ikiüzlüdür. Beləki, işğalçılar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Suriya, Liviya və Yəməndə davam edən humanitar böhranlarla əlaqədar ikiüzlülüyünü və vicdansızlığını sübut edən ölkələr dünyaya ədalət gətirə bilməzlər” sözlərinin də ruslara aid edildiyini vurğulayırlar. Amma qardaş ölkə prezidentinin, Ermənistanın Azərbaycan torpaqlarına hücumları ilə əlaqədardır dediklərini eşitməməzliyə vururlar. Ona görə ki, sərf eləmir bunu etiraf etmək. İndi ermənilər ruslardan dəstək umurlar. Umurlar deyəndə, hətta bu dəstəyi tələb edənlər də tapılır. Görəsən, ermənilər hansı haqla ruslar qarşısında belə bir tələb qoyurlar və ruslar qarşısında nə kimi xidmətləri olub ki, indi də vəfa borcu kimi onlardan nə isə umurlar? Hətta ermənilər Ermənistana qarşı olmağa Türkiyənin Rusiyanı razı saldığını deyərək onları xəyanətdə ittiham edirlər. Maraqlıdır, Rusiya Ermənistana niyə sadiq olmalı, bu işğalçı ölkənin nazı ilə oynamalıdır axı?

Tarix boyu Rusiyanın Ermənistana yardımlarının, dəstəyinin hər sahədə şahidi olmuşuq. İstər Azərbaycanın İrəvan torpaqlarında ermənilərin məskunlaşdırılması olsun, istər ötən əsrin əvvəllərində erməni-bolşevik birləşmələrinin birləşərək Azərbaycana, azərbaycanlılara qarşı döyüşü olsun, istər ötən əsrin sonlarında Dağlıq Qarabağda rusların ermənilərə hərbi dəstəyi, onlarla birgə vuruşması olsun, istərsə də son zamanlar işğalçı ölkənin silah və sursatla təmin edilməsi olsun, ruslar hər zaman erməniləri dəstəkləyib. Bəs görəsən, ermənilər ruslara hansı xidmət göstərib, nə kimi yardım edib ki, belə iddialıdırlar və ruslardan sədaqət tələb edirlər? Bəlkə Böyük Vətən Müharibəsində faşistlərə satıldıqlarına görə rusların boyunlarında haqları olduğunu düşünürlər? Bəlkə, “məxməri inqlab” dedikləri dövlət çevrilişindən sonra Rusiyaya, ruslara təpik atdıqlarına, onları Qərbə satdıqlarına görə belə qənaətdədirlər ki, Rusiya nə olur-olsun onları dəstəkləməyə borcludur? Məsələ burasındadır ki, ermənilər məqam düşdü-düşmədi ruslara da dəfələrlə xəyanət ediblər və indi onların kimdənsə vəfa, sədaqət gözləməyə zərrə qədər haqları yoxdur. Nikol paşinyan kimi bir avantürist Ermənistanda rus dilinə belə qıcıqla yanaşdı və sıxışdırmağa çalışdı ki, bunu rusların həzm edəcəyi ilk baxışdan inandırıcı görünmürdü. Bunun ardınca Rusiya əleyhinə fikir formalaşdırmaq, erməni əhalisini ruslara qarşı döndərmək də Nikolun vəzifələrindən olub. Çünki, əslində onu dolayı yollarla hakimiyyətə oturdan Qərb gördüyü işin müqabilində bu əldəqayırma baş nazirdən tələb etməli idi Rusiya əleyhinə mövqeyi. Belə də oldu və xırda bir Ermənistan dövlətinin başqa çıxış yolu da qalmırdı. Əks halda, Nikol kimi küçə nümayişçisi Ermənistan küçələrində kifayət qədər idi və bunu tapmaqda da Qərb çətinlik çəkməzdi. Əgər, Serj Sarkisyan kimi öz yerini bərkitmiş birini Qərb bir anda yerindən oynatdısa, deməli, beli çantalı küçə nümayişçisini başı üstə də oynada bilərdi. Bundan qorxan və hakimiyyətini qorumaq üçün ikiüzlülüyü məqbul hesab edən Nikol isə qamarladığı hakimiyyət kürsüsü naminə rus adlı öz böyük qardaşının üzünə də qayıtdı. Məsələ burasındadır ki, ruslar bu erməni simasızlığının dəfələrlə şahid olduqları üçün bəlkə də onları bir o qədər təəccübləndirmədi. Amma həqiqətən də nəinki təəccüblənək, hətta ikrah doğuracaq bir məqam kimi sadalananlar dünya ictimaiyyətinin diqqətindən yayınmadı.

Niyə Ermənistan Rusiyadan belə gözləntilər edir, niyə narahatdır kimi sualların, bütün niyələrin isə təbii ki, bircə cavabı var, Ermənistan Azərbaycanla müharibə olacağı təqdirdə uduzacağını çox gözəl bilir və güvənəcəyi yalnız Rusiyadır. Bir tərəfdən də Türkiyənin Azərbaycana dəstəyi fonunda tamamilə cılız duruma düşəcəyinin fərqində olan Ermənistanın məhz bu səbəbdən indi döymədiyi qapı qalmayıb. ABŞ-ın, Fransanın, nəhayət Rusiyanın qapısı qarşısında yalvarçı olan ermənilərin qorxusunu başa düşmək çətin deyil. Amma, “qorxunun əcələ faydası yox” zərb məsəlində olduğu kimi, nə bu qorxu, nə təlaş, nə də yaltaqlanması bu dəfə ermənini cəng meydanında xilas edə bilməyəcək. Hansısa arxa və dayağa deyil, öz hərbi qüdrətinə, milli birliyinə, həmrəyliyinə güvənən, dost-qardaş dəstəyinə arxalanan Azərbaycan ən qısa zaman kəsiyində Ermənistanı diz çökdürəcək ki, bunu ermənilər hamıdan da yaxşı bilirlər. Əks halda, Suriyaya, Livana və digər terrorçuluqda ad çıxaran ölkələrə əl açmazdılar. Məskunlaşma adı altında Ermənistan əslində öz tərəfinə terrorçuları cəlb etmək niyyətindədir. Digər tərəfdən də ermənilər rus qardaşlarını da itirmək istəmirlər və gah yalvararaq, gah da tələb edərək onlara özlərini müdafiə etmək barədə xatırlamalar etməyə çalışırlar. Zənn edirlər ki, Rusiya Ermənistan adında bir dövləti yaradıbsa, Qafqazda mıskunlaşdırıbsa, deməli müdafiə etməyə də borcludur. Bax elə erməniləri incidən də budur ki, indi Rusiya nədənsə erməninin arzuladığı şəkildə arxa, dayaq kimi meydanda deyil. Rusiya uzaq başı xəlvəti şəkildə müxtəlif hərbi yardımlar edir və ölkə rəhbərimizin bu barədə iradları qarşısında da yalan-doğru təkzib etmək məcburiyyəti qarşısında qalır ki, bunu da Ermənistan görməzdən gələ bilmir. Rusiyanın sükutu isə ermənilərin kürkünə birə salıb, yuxularını da ərşə çəkib.

Rusiya Prezidenti Vladimir Putindən Azərbaycanla bağlı verdiyi açıqlamalara bənzər bu vaxta qədər açıqlamalar eşitmədikləri üçün ermənilər ümidlərini lap itiriblər. “Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan rəsmi Bakıya ünvanlanan oxşar bir şey eşitməmişik bu vaxta qədər” deyən ermənilər, ölkə başçımızın, Cənab Prezidentin öz çıxışında ona istinad etməsindən qıcıqlandıqlarını da gizlətmirlər. Hətta təəssüf hissi ilə qeyd edirlər ki, Lavrov Tovuz istiqamətində törədilən təxribatlarda Ermənistanı ittiham etməyi də bacardı. Şoyqu və onun rəhbərlik etdiyi bütün Rusiya Federasiyası Müdafiə Nazirliyi də susdu deyə narahatdır ermənilər.
Ermənilər bilirlər ki, Kremlin indi çox problemləri var. Məsələn, itkisi qaçılmaz olan Belarusiya kimi bir problem göz önündədir. Həmçinin bu ikiüzlü ermənilər onu da dilə gətirirlər ki, bütün bu uğursuzluqlar Rusiyanı Ermənistan qarşısında birbaşa öhdəliklərindən yayındırmamalı idi. Yəni, Rusiyanın nə qədər problemi olsa da belə öz problemini də hesaba almayıb, unudub ermənilərin problemi ilə məşğul olmalı, erməni məsələlərinə, onların dəstəklənməsinə daha çox diqqət ayırmalı idi guya. Küçə nümayişçisinin, onun yığdığı hakimiyyət komandasının, eləcə də işğalçı dövlətin bu ağılda olanlarının hayasızlıq dərəcəsi görün hansı həddə çatıb.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Bakı kəndləri ekoloji fəlakət zonasından ekoloji cənnət zonasına çevirib - MÖVQE ÖZƏL

SONRAKI XƏBƏR

"Prezident bu çağırışları ona görə etdi ki..." - Rasim Musabəyov