ABŞ Əfqanıstan barəsində İranla görüş təklif edib

ABŞ Əfqanıstan barəsində İranla görüş təklif edib

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı xüsusi elçisi Zalmay Xəlilzad Vaşinqtondakı ABŞ Sülh İnstitutunda keçirilən videokonfransda Əfqanıstanda hökumət və "Taliban" arasında sülh prosesinin uğurlu olması üçün bölgə ölkələrinin dəstəyinin vacibliyini vurğulayıb.

Bu çərçivədə Xəlilzad ABŞ-ın Əfqanıstandakı sülh prosesi ilə bağlı İranla apardığı danışıqlardan məmnun olacağını ifadə edərək "İran ABŞ-la razılaşma əldə edilənə qədər qalibiyyət və ya məğlubiyyətdən yüksək əvəz müqabilində bizi Əfqanıstandakı münaqişədə saxlamaq istəyir. Biz iranlılara Əfqanıstan barədə görüş təklif etdik", - deyib.

Digər tərəfdən, Xəlilzad "İrana yaxın silahlı qrupların" Əfqanıstandakı fəaliyyətlərini yaxından izlədiklərini və ABŞ-a qarşı fəaliyyət baş verəcəyi təqdirdə bu qrupları hədəfə alacaqlarını vurğulayıb.

Mənbə: AA

Mənbə: eastnews.org