Səfir Ermənistanın da qatıldığı “Qafqaz-2020” hərbi təlimlərində Pakistanın iştirakına münasibət bildirib

Səfir Ermənistanın da qatıldığı “Qafqaz-2020” hərbi təlimlərində Pakistanın iştirakına münasibət bildirib

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistanın da qatıldığı “Qafqaz-2020” hərbi təlimlərində ölkəsinin iştirak etməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, səfir mətbuat brifinqində deyib ki, “Qafqaz-2020” çoxtərəfli hərbi təlimdir.

Onun sözlərinə görə, Pakistan Rusiyanın dəvəti ilə hərbi təlimlərdə iştirak edir.

“Biz hər zaman Azərbaycanın yanında olmuşuq və olacağıq. Pakistan Azərbaycanla əlaqələrini korlayacaq hər hansı bir addım atmaz və atmayacaq. Heç bir ölkə Azərbaycanı Pakistandan yaxşı başa düşə, onun ağrılarını anlaya bilməz. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu gün Pakistan da oxşar münaqişədən əziyyət çəkir. Kəşmirdə insanlar təzyiq altındadır, onlar həbsdədir. BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qətnamələri var və icra olunmur. Bu Azərbaycanla da bağlı belədir. Ümid edirəm ki, iki qardaş ölkə bu qətnamələrin reallaşdırılması üçün birgə çalışacaq”, - deyə səfir vurğulayıb.

Mənbə: apa.az