Lavrovun “5 rayon nağılı”: “Bakı-Ankara ittifaqını yumşaltmaq istəyirlər” – Moskva əndişədə !

“Azərbayan- Türkiyə əməkdaşlığı rəsmi Moskvanı narahat edir”

“Türkiyə Rusiyanı neytrallaşdırmağı bacarsa, vəziyyət xeyrimizə dəyişəcək. Və çox güman ki, neytrallaşdıracaq”

“Dağlıq Qarabağda hərbi münaqişənin başlanması Ermənistanın sonu olacaq”

Ermənilərin Şəmkir istiqamətində törətdikləri növbəti təxribat və ondan sonra baş verən digər hadisələr politoloqların əsas müzakirə mövzusudur. Proqnozlar müxtəlifdir. Amma böyük əksəriyyət müharibənin yaxınlaşacağını düşünür. Çünki Paşinyanın etdikləri həyatından bezmiş adamın davranışlarına bənzəyir- ölmək üçün bütün imkanlarını səfərbər edir.

Mövcud vəziyyəti “Sherg.az”a şərh edən siyasi analitik Rusif Məmmədsoy da geniş miqyaslı hərbi əməliyyatlar ehtimalını istisna etmir:

“Əgər beş rayon məsələsi yenidən gündəmə gəlsə, vaxt uzatmağa, danışıqlar masasına əyləşməyə cəhd edilsə, əbəttə, müharibə qaçılmaz olacaq. Əslində baş verən bütün hadisələr, o cümlədən terror qruplaşmalarının Dağlıq Qarabağa yerləşdirilməsi, Paşinyanın arvadının əlində avtomatla şəkil çəkdirməsi sadəcə oyundur.

İctmai rəyə hesablanmış həmlələrdir. Çünki Paşinyan son nəfəsini verir. O, təkcə Azərbaycanla yox, eyni zamanda daxildəki müxalif qüvvələrlə, Qarabağ klanı ilə mübarizə aparır.

Eyni zamanda Putinlə də münasibəti yaxşı deyil. Çünki rəsmi Moskva onun Qərbyönümlü siyasət yürütməsinə icazə vermir. Ümumiyyətlə, Paşinyan hakimiyyətə gələndən sonra baş verən hadisələr Putinin xoşuna gəlmir. Çünki Ermənistan Kremlin sadəcə vassalıdır. Şübhəsiz ki, Lavrovun səsləndirdiyi beş rayon məsələsi də ağ yalandır”.

R.Məmmədsoy, həmçinin bildirib ki, Türkiyənin məsələyə müdaxiləsi vəziyyəti dəyişə bilər:

“Tovuzda baş verən hadisələr Türkiyəni də istər-istəməz münaqişə iştirakçısına çevirdi. Çünki qardaş ölkənin də enerji təhlükəsizliyinə təhdid yaranır. Rusiya da bundan narahatdır.

Kreml Azərbaycanla Türkiyənin ittifaqını yumşaltmaq istəyir. Lavrovun yalanları da məhz buna hesablanıb. Dediyim kimi, qardaş dövlətlərin əməkdaşlığı rəsmi Moskvanı narahat edir.

Əgər Türkiyə Rusiyanı neytrallaşdırmağı bacarsa, vəziyyət bizim xeyrimizə dəyişəcək. Və,çox güman ki, neytrallaşdıracaq. Onu da deyim ki, müharibə başlasa, qarşı tərəfdən ermənilər yox, muzdlu döyüşçülər və ruslar vuruşacaq.

Çünki ermənilərin heç normal ordusu da yoxdur. Amma Paşinyanın vəziyyəti çox ağırdır. Dağlıq Qarabağda hərbi münaqişənin başlanması Ermənistanın sonu olacaq”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 850-ə yaxın işçisi attestasiyadan keçirilib

SONRAKI XƏBƏR

ABŞ Əfqanıstan barəsində İranla görüş təklif edib