Azər Badamov: Bu, ölkəmizin ədalətli mövqedə olmasının göstəricisidir

Azər Badamov: Bu, ölkəmizin ədalətli mövqedə olmasının göstəricisidir

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Yüksək Səviyyəli iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər tarixi reallıqdır".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, qaldırılan məsələ reallığa söykənəndə onun təsir gücü də daha çox olur: "Reallıq isə odur ki, Ermənistan işğalçı, faşizmi qəhrəmanlaşdıran, beynəlxalq konvensiyalara məhəl qoymayaraq işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparan, xalqımızın mədəni irsini məhv edən ölkədir. O cümlədən, üzv olduğu beynəlxalq təşkilatların qarşısında öhdəliklərinə və BMT Nizamnaməsinin tələblərinə məhəl qoymayan, dünya üçün təhlükə mənbəyinə çevrilmiş terrorçuları dəstəkləyən aqressiv ölkədir.

BMT-nin xəbər portalında Prezident İlham Əliyevin BMT-nin iclasındakı nitqini, xüsusilə Ermənistanın əsl siması haqqında söylədiyi fikirləri xüsusi xəbər formasında verilməsi ölkəmizin beynəlxalq siyasətə hörmət edən ədalətli mövqedə olmasının göstəricisi hesab edirəm. Bu, həm də Prezident İlham Əliyevin şəxsiyyətinə dünyada olan hörmətin və düzgün mövqeyin göstəricisidir. Azərbaycan bu gün ləyaqətli ölkə kimi, Ermənistan isə işğalçı və dilənçi ölkə kimi tanınır. Düşünrəm ki, Prezidentin BMT-dəki çıxışı uzun illər həll olunmayaraq qalan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni impuls verəcək".

Qeyd: Sözügedən məqalə ilə buradan tanış ola bilərsiniz.

Akqabay Mıradov

Mənbə: publika.az