Azərbaycana yardım etməyə hazırıq – Səfir

Pakistan koronavirusla mübarizədə qardaş Azərbaycana yardım etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee jurnalistlərlə görüşü zamanı deyib.

“Biz məmniyyətlə sizin ekspertləri Pakistana dəvət edə, öz təcrübə və biliklərimizi azərbaycanlı mütəxəssislərə bölüşə bilərik”, - deyə səfir bildirib.

O, həmçinin qeyd edib ki, koronavirus böhranına görə Azərbaycanda qalan pakistanlılar öz ölkələrinə qayıtmağa müvəffəq olub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azay Quliyev seçicilərlə videogörüş keçirib – FOTOLAR

SONRAKI XƏBƏR

"İki icra hakimiyyəti ləğv olunsun" - deputat