Keçmiş erməni deputat: “Paşinyan hamını inandırıb ki, küçə mübarizəsi var, dövlət sistemi isə mövcud deyil”

Keçmiş erməni deputat: “Paşinyan hamını inandırıb ki, küçə mübarizəsi var, dövlət sistemi isə mövcud deyil”

“Hakimiyyətin təhsil sahəsində anti-milli siyasəti göz qabağındadır, ictimaiyyət həyəcan təbili çalır: bu, hökumətin və şəxsən Nikol Paşinyanın məsuliyyəti məsələsidir, Təhsil, Elm, Mədəniyyət və İdman naziri isə asan hədəfdir və onun vəzifədən uzaqlaşdırılmasını tələb edən “İşıqlı Ermənistan” Baş nazirin istefası haqqında danışmaqdan qorxur”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, erməni ictimai-siyasi xadim Mihran Hakobyan deyib.
“Dövlət sistemi mövcud deyil, Baş nazir hamını inandırıb ki, yalnız bir metod - səs-küy və küçə mübarizəsi var. Tövlə qanunlarının qalib gəldiyi demaqoqluq var - kim ucadan qışqırırsa, o da qalib gəlir”, - deyə Hakobyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az