“Türkiyənin Suriya və Liviyada Rusiyanın başına gətirdiyini, Azərbaycan Cənubi Qafqazda gətirəcək”

Natiq Miri: “Azərbaycana hücumun nəinki Ermənistan, hətta Rusiyanın özü üçün belə hər hansı perspektivi yoxdur”

Xəbər verdiyimiz kimi, prezidentİlham Əliyev Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı, buhazırlığın tərkib hissəsi kimi sərhəddə hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı fikirlərsəsləndirib.

Maraqlıdır, Ermənistan Azərbaycanahücum etmək cəsarətini kimdən alır? Ermənistana bu cəsarəti verən qüvvə,müharibə başladığı təqdirdə işğalçı ölkəni sona qədər müdafiə edə biləcəkmi?

Moderator.az-a açıqlamaverən politoloq Natiq Miri Ermənistanın əsasən Rusiya tərəfindən dəstəkləndiyinivurğulasa da, bu dəstəyin işğalçı ölkə üçün faciə ilə nəticələnə biləcəyinivurğuladı:

“Hazırkı situasiyanıgeosiyasi vəziyyətdən doğan şərait kimi qiymətləndirmək lazımdır. Ermənistan bugün Rusiyanın dəstəyindən istifadə edərək Azərbaycandan yeni ərazilər işğal etməkniyyətindədir. Düşmən bu kəs Goranboy-Gəncə istiqamətində işğallar həyatakeçirmək istəyir. Rusiya Suriya və Liviyada qazana bilmədiyi uğuru CənubiQafqazda-Azərbaycanda, Ermənistanı bizim üstümüzə qaldırmaqla qazanmaq istəyir.Rusiya nə Suriya, nə də Liviyada Türkiyə qarşısında uğur qazana bilmədi. Bunagörə də indi Rusiya Cənubi Qafqazda uğura ehtiyac hiss edir.

Lakin bu da mümküngörünmür. Rusiya Ermənistanı silahıandırmaqla Azərbaycan qarşısında, bizim üzərimizdənisə Türkiyə qarşısında qısamüddətli də olsa hərbi uğur qazanmaq istəyir. Bundangələcəkdə Türkiyə və Qərb dünyasına qarşı təzyiq elementi kimi istifadə etməkniyyətindədir. Lakin Rusiya bunu da bilir ki, onun bu cəhdi Ermənistanın birdövlət kimi yox olması ilə nəticələnə bilər.

 

Ümumiyyətlə, Azərbaycanhücumun nəinki Ermənistan, hətta Rusiyanın özü üçün belə hər hansı perspektiviyoxdur. Əgər Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycana hücum edərsə, o zamançox ağır məğlubiyyətlə üzləşəcək. Türkiyənin Suriya və Liviyada Rusiyanınbaşına gətirdiyini, Azərbaycan Cənubi Qafqazda gətirəcək. Buna kimsənin şübhəsiolmasın”.

 

Seymur ƏLİYEV

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Şarli Hebdo”ya yeni hücum: ağır yaralılar var

SONRAKI XƏBƏR

Facebook Rusiya ilə bağlı üç böyük hesab qrupunu ləğv etdi – Səbəb