Pandemiya ilə əlaqədar Paşinyanın erməni xalqına qarşı “mart qəsdinin” üstü açıldı - məhkəmə hakimi iddianı qəbul etdi...

Pandemiya ilə əlaqədar Paşinyanın erməni xalqına qarşı “mart qəsdinin” üstü açıldı - məhkəmə hakimi iddianı qəbul etdi...

Rauf Zeyni: “Bütün bunlar Paşinyanın küçədən hakimiyyətə gələn adam olduğunu tam təsdiqləyir”

Ermənistanın baş naziri Nikol Paşinyanın daha bir fırıldağının üstü açılıb. Erməni KİV-inin verdiyi məlumata görə, İrəvanın ümumi yurisdiksiya məhkəməsinin hakimi Tatevik Qriqoryan “Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyanın Xüsusi İstintaq Xidmətinə qarşı iddiasını təmin edib.

Artur Qazinyan Ermənistan hökumətinin 16 mart 2020-ci il tarixli qərarında pandemiyanın elan olunduğu günün 11 mart deyil, 13 mart göstərilməsinə əsaslanan Nikol Paşinyan tərəfindən saxtakarlıq cinayətinə dair bir hesabat təqdim edib. Xüsusi İstintaq Xidməti isə cinayət işi qaldırmaqdan imtina edib. Erməni mətbuatı bildirir ki, ilk baxışdan adi səhvi xatırladan bu saxtakarlığın çox dərin bir siyasi əhəmiyyəti var. Çünki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus pandemiyası elan etdikdən sonra Paşinyan seçki kampaniyasını iki gün daha davam etdirdi və insanların kütləvi toplantılarını təşkil etdi. Qazinyanın verdiyi məlumata görə, bu vəziyyəti gizlətmək üçün pandemiya elan edildiyi tarix hökumətin qərarında qəsdən saxtalaşdırılıb. Bununla artıq Paşinyanın neçənci saxtakarlığı açıq ifşa edilir. Belə reputasiyada olan şəxsin ölkəyə rəhbərlik etməsi uzun sürə bilərmi?

Milli Qeyri Hökumət Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın bütün fəaliyyəti saxtakarlıq üzərində qurulub:

“Onun hətta hakimiyyətə gəlməyi belə yalanla baş tutdu. Küçələrə çıxan xalqı aldadıb çoxlu vədlər verdi. İndi baxın, görün həmin vədlərin hansı həyata keçib? Hakimiyyətini də yalan və şantajla legitimləşdirdi. Yeni seçilən parlamentin buraxılmasını qeyri-qanuni əsaslarla edib, özünü zorla baş nazir seçdirdi. Paşinyan ona boyun əyməyən məhkəmələrə qarşı repressiv addımlar atdı. Bu yalan özünü pandemiya dönəmində də göstərdi. Paşinyan vəziyyəti bəhanə edib, erməni diasporu və dünya ölkələrindən pul dilənməyə başladı və deyilənə görə, ayrılan ianələrin böyük hissəsi mənimsənilib. Dünya pandemiya ilə mübarizə aparan zaman Dağlıq Qarabağda saxta seçki şousu düzəldib, ora “rəhbər” seçdirdi. İndi də bu məsələ. Tarixləri dala-qabağa çəkməklə öz təbliğatını legitimləşdirmək istəyib. Saxtakarlıq elə bir işdir ki, gec-tez ifşa edilir. Ermənistan Paşinyanın timsalında bütün dünyaya yalan saçır. Yalanlar, uydurmalar əsasında yaratdıqları qondarma tarix və mifik qəhrəmanları, “öndər”ləri artıq iflasa uğramaqdadır. Tarixdə heç bir dövləti olmayan, bir millət, xalq kimi özünə mədəniyyət yaratmayan, başqa xalqların mədəniyyətini mənimsəyən ermənilər artıq dünyada rəzil duruma düşüblər. Məlumdur ki, ermənilər tarix boyu yalan danışıb, uydurma tarixlər yaradıblar. Bu günlərdə ölkə başçısı Paşinyanın hakimiyyətə gələn zaman Qarabağ məsələsinin həlli ilə bağlı verdiyi vədə necə naxələf çıxdığını bildirdi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan debatda Azərbaycan və dünya ictimaiyyəti bir daha Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanı, necə deyərlər, daşdan keçən tutarlı faktlarla çıxılmaz vəziyyətə və aciz duruma salmasının şahidi oldu. Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin kimə mənsubluğu ilə bağlı tarixi həqiqətləri əks etdirən faktlar Ermənistanın işğalçı olduğunu açıq-aşkar bir daha təsdiq etdi. Həmin vaxt da Paşinyan əsl erməni xislətinə xas olan tərzdə yalan danışmaq istəyirdi. Bütün bunlar göstərir ki, Paşinyan küçədən hakimiyyətə gələn adam olduğunu tam təsdiqləyir. Artıq Ermənistanın öz daxili ictimai rəyində onu ifşa etməyə başlayıblar”.

Belə reputasiyaya malik bir şəxsin ölkəyə başçılıq etməsi əsl fəlakətdir və tam olaraq ermənilərin mahiyyətinə uyğundur.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com