“Bakıda Türk Dünyası Universiteti yaradılsın” - Professordan TƏKLİF:

Xalq yazıçısı Çingiz Abdullayevin ölkədəki rus məktəblərinin saxlanmasının vacibliyi haqda səsləndirdiyi fikirlər qızğın müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, professor Vaqif Sultanlı özünün “Facebook” səhifəsində Çingiz Abdullayevin qeyd olunan yanaşmasına münasibət bildirib.
Azərbaycanda təhsilin istisnasız olaraq, dövlət dilində aparılmasının zəruriliyini vurğulayan professor Bakıda Türk Dünyası Universitetinin yaradılmasını təklif edib:
“Sən elmi məntiqlə dünyanın inkişaf etmiş ölkələrində təhsilin istisnasız olaraq rəsmi dövlət dilində aparıldığını, Azərbaycanda dövlət büdcəsi hesabına rus məktəblərinin fəaliyyətinin Anayasanın pozulması olduğunu söyləyirsən, sənə piar məntiqilə cavab verirlər ki, nə qədər çox dil bilsən o qədər yaxşıdır.
Bu gün Azərbaycanda Türk Dünyası Universitetinin yaradılmasına ciddi ehtiyac duyulur. Bu universitetin açılmasının müxtəlif səbəblərdən biri-birindən ayrı salınmış türk xalqları arasında siyasi-mənəvi birliyin yaranmasına ciddi təkan verəcəyi şübhə doğurmur”.

 

 

Dia.az

ƏVVƏLKİ XƏBƏR

Pandemiya ilə əlaqədar Paşinyanın erməni xalqına qarşı “mart qəsdinin” üstü açıldı - məhkəmə hakimi iddianı qəbul etdi...

SONRAKI XƏBƏR

Gömrüklə bağlı ən çox verilən sualların - Cavabları