A.Nağıyev: ATƏT-in MİNSK qrupu həmsədrlərinin fəaliyyəti nəticə vermir (VİDEO)

A.Nağıyev: ATƏT-in MİNSK qrupu həmsədrlərinin fəaliyyəti nəticə vermir (VİDEO)

Prezident İlham Əliyev dünyanın ən ali tribunasından Ermənistanın işğalçılıq, faşist, anti-insani siyasətini, yeni müharibə planlarını İfşa etdi, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə çağırdı, Ermənistanın bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırdı.

Bunu REAL-a Millət vəkili Arzu Nağıyev Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışını şərh edərkən deyib.

Millət vəkili bildirdi ki, Prezident İlham Əliyev haqlı olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin heç bir nəticə verməməsini diqqətə çatdırdı.
Arzu Nağıyev Ölkə Prezidentinin çıxışı zamanı Ermənistana silah göndərilməsi məsələsini və işğalçı ölkənin yeni müharibə planlarını İfşa etməsi məsələsinə də münasibət bildirdi.
Qeyd edək ki, Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir

 

Mənbə: www.realtv.az