Rusiya məhkəmə icraçıları Navalnının mənzilini müsadirə edib

Rusiya məhkəmə icraçıları Navalnının mənzilini müsadirə edib

Rusiyanın məhkəmə icra məmurları Kremlin tənqidçisi Aleksey Navalnının prezident Vladimir Putinlə yaxın əlaqəsi olan bir iş adamının böhtan iddiası ilə əlaqədar qaldırdığı məhəmə işini uduzmasından sonra onun mənzilini ələ keçirib.

Navalnynın sözçüsü Kira Yarmyş əmlakın müsadirə olunduğunu 24 sentyabrda Twitter sosial şəbəkəsində elan edib.

O bildirib ki, hələ avqust ayında Navlanı komada olduğu zaman məhkəmə icraçıları mənzilin satılmasının, hədiyyə edilməsinin və ya girov qoyulmasının qarşısını almaq üçün əmlakı dondurub.

Navalnının hələ də Moskvadakı mənzilində yaşamasına icazə verilir.

Moskva məhkəməsi ötən ilin oktyabr ayında Navalnının Korrupsiyaya Qarşı Mübarizə Təşkilatına (FBK) və təşkilatın vəkili Lyubov Sobola böhtan səbəbi ilə Moskvadakı yemək çatdırılma şirkətinə 1,15 milyon dollar ödəməsi haqda qərar çıxarmışdı.

Adı "Moskva məktəbliləri" daha sonra "Wilmap MMC" olaraq dəyişdirililən şirkət Navalnını FBK təşkilatı tərəfindən yayılan video materialda sanitariya standartlarına uyğun olmayan qidalar, saxta sənədlər hazırladığı və uşaq bağçaları və məktəblərə keyfiyyətsiz qida tədarük etdiyini iddia etdiyinə görə məhkəməyə vermişdi.

Navalnı 20 avqust tarixində Sibirin Tomsk şəhərindən Moskvaya uçarkən təyyarədə səhhəti pisləşmişdi. Tomsk şəhərindəki xəstəxanadan sonra o, Berlində başqa bir xəstəxanaya yerləşdirilmişdi. Burada həkimlər onun sovet istehsalı kimyəvi silah olan Noviçok qrupuna aid hərbi dərəcəli sinir maddəsi ilə zəhərləndiyini bildiriblər.

Fəal bir müddət komada qaldıqdan sonra 23 sentyabrda xəstəxanadan çıxıb. O, Almaniyada müalicəsinə davam edir.

Mənbə: www.amerikaninsesi.org