Mədəniyyətlərarası dialoq platforması üçün unikal məkan statusu – Azərbaycançılıq ideyasında yeni praktik təcəssüm...

Mədəniyyətlərarası dialoq platforması üçün unikal məkan statusu – Azərbaycançılıq ideyasında yeni praktik təcəssüm...

Mədəniyyətlərarası dialoqun formalaşmasında və inkişaf etdirilməsində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət beynəlxalq birliyin də diqqətindədir. Dövlətimiz müxtəlif xalqaların, konfessiyaların nümayəndələrinin dinc və sülh, əmin-amanlıq şəraitində yaşaması üçün nümunəvi bir mühit formalaşdırıb. Bir çox ekspert, filosof, tarixçi qeyd edir ki, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı naminə töhfələri dünya ölkələrinə nümunədir, onlar bundan örnək götürməli və mədəniyyətlərarası dialoqu inkişaf etdirməlidirlər.

Məlum olduğu kimi, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş videoformatda Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxış edib. Qeyd edək ki, dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının çıxışı iclas iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

“Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır”

Prezident İlham Əliyev çıxışında bir sıra vacib məsələlərə toxunub. Azərbaycanın mədəniyyətlərarası və sivizilizasiyalararası dialoqa böyük töhfələr verdiyi vurğulanıb. “...Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. “Bakı Prosesi” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır” - deyə dövlət başçısı çıxışında vurğulayıb.

“Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik”

Prezident İlham Əliyev sentyabrın 24-də baş tutan BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı da bu məsələyə xüsusi diqqət çəkib. “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik. 2008-ci ildə Azərbaycan tərəfindən başladılmış “Bakı Prosesi” müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin, BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə “mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma” kimi tanınmışdır.

2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə İlk Avropa Oyunlarına və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.

2016-cı ildə Roma Papası Azərbaycana səfər etmişdir. Bu ilin fevral ayında mənim Vatikana səfərim baş tutmuş və orada Papa Fransisklə görüşüm olmuşdur. Görüş zamanı Papa Fransisk Azərbaycanı “əsl tolerantlıq nümunəsi” adlandırmışdır.

Azərbaycan dini abidələrin – məscid, kilsə və sinaqoqların bərpasına çox böyük önəm verir. Biz müxtəlif ölkələrdə belə dini və tarixi abidələrin bərpası ilə bağlı birgə layihələr həyata keçirmişik”.

“Bu göstəricilərinə görə də ölkəmiz çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tanınır...”

Tanınmış tədqiqatçı-alim, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bildirdi ki, Şərqlə Qərbin qovşağında yerləşən və tarixin bütün dövrlərində sivilizasiyalararası dialoq mərkəzi kimi diqqət çəkən Azərbaycanda Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva tərəfindən bu tarixi ənənə daha da zənginləşdirilərək davam etdirilir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə uzun illərdən bəri bu ənənə davam etdirilir və ölkəmiz sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Q.Məhərrəmli vurğuladı ki, ölkəmiz multikultural dəyərlərə sahibdir, ayrı-ayrı din nümayəndələrinin sərbəst fəaliyyətinə şərait yaradılması bunun əsl nümunəsidir. Bu istiqamətdə xüsusilə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə dünya sivilizasiyanın inkişafına böyük töhfələr verilir. Q.Məhərrəmlinin sözlərinə görə, mədəniyyətlərarası dialoqun inkişafına xüsusi önəm verən Mehriban Əliyeva Heydər Əliyev Fondunun xətti ilə dünya ölkələrində bir sıra mühüm işlər görüb. Bir sıra ölkələrdə məktəblərin tikintisinin, təmirinin, muzeylərin, mədəniyyət ocaqlarının, dini məbədlərin, kilsələrin bərpasında Fond tərəfindən saysız iş görüldüyünü deyən Q.Məhərrəmlinin sözlərinə görə, bütün bunlar mədəniyyətlərarası dialoqla verilən böyük töhfələrdir. Romada katakombaların təmirini xatırladan Q.Məhərrəmli bildirdi ki, bu amilin özü də böyük nümunədir. “Azərbaycan dövlətinin mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr bütün dünya ölkələri üçün bir örnəkdir. Bilirsiniz ki, əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri həmişə birgə yaşayıb, çiyin-çiyinə fəaliyyət göstərib, əməli işlər görüb, bütün etnik qrup və dinlərin nümayəndələri mehriban, sülh və harmoniya şəraitində yaşayıblar. Bu gün də belədir. Elə bu göstəricilərinə görə də ölkəmiz çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tanınır, bura sülhün, əmin-amanlığın, mədəniyyətlərarası dialoqun əvəzsiz məkanıdır”.

Ölkəmiz dünyanın mədəniyyət mərkəzlərindən biridir

Q.Məhərrəmli vurğuladı ki, beynəlxalq aləmin Azərbaycanı multikultural bir ölkə kimi tanıyıb qəbul etməsində bu amillərin əhəmiyyətli rolu var. O qeyd etdi ki, qədim dövlətçilik ənənələrinə, tarixə, adət-ənənələrə, milli-mənəvi, mədəni dəyərlərə, zəngin yeraltı və yerüstü sərvətlərə sahib olan Azərbaycanın yerləşdiyi coğrafi məkan da ölkəmizin sivilizasiyaların qovuşduğu bir məkana çevrilməsində əhəmiyyətli rola malikdir. Ekspertin fikrincə, son 17 ildə ölkəmizdə həyata keçirilən düşünülmüş siyasi kurs ölkəmizin dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanına çevrilib. O vurğuladı ki, 12 il əvvəl Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri konfransının keçirilməsinin təşəbbüskarı da məhz Prezident İlham Əliyev olub. Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına islam ölkələrinin də dəvət edilməsi, onların iştirakı və həmin tədbirin keçirilməsi təkcə Azərbaycanın deyil, eyni zamanda, Şərq və Qərb dövlətlərinin mədəni həyatında böyük əhəmiyyət kəsb edirdi.

Qlobal təşəbbüsə çevrilən “Bakı prosesi”…

Bildirək ki, Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri konfransında Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırdı. Konfransda sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsasının qoyulması təşəbbüsü sonrakı illərdə qlobal prosesə çevrildi.

Ekspertlər qeyd edirlər ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olub.

Ümumilikdə, 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib. Ekspertlər vurğulayırlar ki, beləliklə, sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulub. İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi, Azərbaycan 2009-cu ildə nazirlər səviyyəsində toplantıya evsahibliyi etdi. Həmin tədbirə Avropa Şurasına üzv dövlətlərin nazirləri də dəvət edildi. Bu təşəbbüs və bu format sonradan “Bakı prosesi” adlandırıldı.

“Azərbaycançılıq ideyasının vacib sahələrindən biri kimi özünü ifadə edən multikulturalizm bu gün...”

Ekspert Günel Baxışovanın fikrincə, Azərbaycanda mövcud olan multikulturalizm azərbaycançılıq ideyasının təzahür formalarından biri kimi özünü əks etdirir. O qeyd etdi ki, Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılıq ideyasına bağlıdır və bu ideyanın daha da inkişaf etdirilməsi, yeni nəslin şüurunda, həyat tərzində öz əksini tapması üçün böyük səylər göstərirlər. “M­ədə­niy­yət insanların bir-birilə dil tapması, qaynayıb-qarışması üçün ən uğurlu vasitədir. Mədəniyyət vasitəsilə xalqların dostla­şdığını, mədəniyyətlərin bir-bi­ri­ni in­kar et­mədiyini deyən ekspert bildirir ki, Azərbay­can­da mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq hər za­man möv­cud olub. “Bi­li­rik ki, Azər­bay­can­da mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun mul­ti­kul­tu­ra­liz­mə tə­si­ri əvəz­siz­dir. Bu gün Azərbaycanda multikulturalizm azərbaycançılığın daxilində özünü inkişaf etdirib. Azərbaycançılıq ideyasının vacib sahələrindən biri kimi özünü ifadə edən multikulturalizm bu gün ən yüksək səviyyədədir. Apa­rı­lan müx­tə­lif araş­dır­ma­lar nə­ti­cə­sin­də mə­də­ni müx­tə­lif­lik­lə­rin fər­qin­də olan, bu fərqli­lik­lə­rə hör­mət gös­tə­rən və mə­də­ni müx­tə­lif­li­yi qar­şı­lıq­lı an­laş­ma yo­lu ilə üs­tün­lü­yə çe­vi­rə bi­lən Azərbaycanın mü­vəf­fə­qiy­yət əl­də et­di­yini bütün dünya xalqları, ölkələri aydın şəkildə gö­rür, hiss edir... Çağdaş dün­ya­da ged­ən pro­ses­lər bu gün bu mə­sə­lə­lə­ri: sülh şə­ra­i­tin­də bir ara­da ya­şa­ma, mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun va­cib­li­yi­ni gün­də­mə ye­ni­dən gə­ti­rib. Bu gün özün­də mə­də­niy­yət­lə­rin, si­vi­li­za­si­ya­la­rın, kon­fes­si­ya­la­rın qar­şı­lıq­lı mü­na­si­bət­lə­ri­ni əha­tə edən hu­ma­ni­tar mə­sə­lə­lər həs­sas ya­naş­ma­nı tə­ləb edir. Mə­də­niy­yət­lə­rin di­a­lo­qu dün­ya­da sa­bit­li­yin qo­run­ma­sı, prob­lem­lə­rin qar­şı­sı­nın alın­ma­sı, həll edil­mə­si ba­xı­mın­dan çox əhə­miy­yət­li­dir. Son za­man­lar dün­ya­da di­gər­lə­ri­nə qar­şı dö­züm­süz­lük­dən qay­naq­la­nan qay­nar nöq­tə­lər for­ma­laş­ma­ğa baş­la­yıb”.

G.Baxışova qeyd etdi ki, mə­də­ni müx­tə­lif­li­yin ta­nın­ma­sı ilə bağ­lı BMT Kon­ven­si­ya­sı­na qo­şu­lan Azər­bay­can Res­pub­li­ka­sı mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun zə­ru­ri­liyinə böyük əhəmiyyət verərək, Şərq və Qərb öl­kə­lə­ri ara­sın­da mə­də­ni əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si­nə rəvac ver­mək­də­dir. “Müs­tə­qil­lik əl­də et­mə­yi­miz­lə baş­la­yan bu qı­sa, la­kin uğur­lu yol­da mul­ti­kul­tu­ra­lizm Azər­bay­can döv­lə­ti­nin mil­li-mə­nə­vi, ümum­bə­şə­ri, hu­ma­nist də­yər­lə­rə söy­kə­nən si­ya­si kur­su­na çev­ril­ib” - deyə o bildirdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Mənbə: www.baki-xeber.com