Liviyadan gözlənilməz gedişat: Türkiyənin planı suya düşür?

Liviyadan gözlənilməz gedişat: Türkiyənin planı suya düşür?

Liviya Baş naziri Fayez Sərracın istefaya gedəcəyi qərarını açıqlamasından sonra Yunanıstanla bu ölkə arasında razılaşma ola bilər.

Axar.az xəbər verir ki, bu barədə danışan Liviya Xarici İşlər naziri Məhəmməd Siyala ölkənin mənafeyinə təsir etmədən dəniz sərhədlərini müəyyən etmək üçün Yunanıstan və Malta ilə əlaqə quracaqlarını bəyan edib.

Liviya Milli Neft Korporasiyasının (MOK) prezidenti Mustafa Sanallah isə neft şirkətlərindən mübahisəli hesab edilən ərazilərdə kəşfiyyat fəaliyyətlərini dayandırmasını xahiş edəcəyini bilirib.

Qeyd edək ki, Liviya Baş naziri Fayez Sərrac vəzifəsindən oktyabrın sonunda getməyə hazır olduğunu bəyan edib.

Mənbə: axar.az