Sosial şəbəkələrə nəzarət mexanizmi - VİDEO

“Hazırda cəmiyyət həyatını sosial şəbəkələrdən ayrı təsəvvür etmək mümkün deyil. Hər bir yeniliyin cəmiyyət həyatında daxil olarkən müsbət məqamları ilə yanaşı fəsadları da olur. Bunu sosial şəbəkələrin timsalında da görmək mümkündür”.

Bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda keçirilən videokonfransda dedi.

Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, sosial şəbəkələr mövzusu həmişə aktual olub. Əli Hüseynli dedi ki, demokratik cəmiyyətlərdə sosial şəbəkələrin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi mürəkkəbdir.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının sözlərinə görə, sosial şəbəkələrdə yalan məlumatlar, təhqir və böhtan geniş yayılıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə müəyyən qrupların məqsədli şəkildə sosial şəbəkələr vasitəsilə ölkəmiz haqqında yanlış rəy formalaşdırmağa, yalan məlumatlar yaymağa çalışdığını bildirdi.

Konfranda bildirildi ki, sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması zərurətdir.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

SONRAKI XƏBƏR

Britaniyada koronavirusa ən yüksək gündəlik yoluxma halı qeydə alınıb