Kremldən Lukaşenko ilə bağlı kritik açıqlama: “Vəziyyət çətinləşəcək”

Kremldən Lukaşenko ilə bağlı kritik açıqlama:  “Vəziyyət çətinləşəcək”

“Aleksandr Lukaşenkonun Belarus prezidenti kimi legitimliyini tanımaqdan imtina etmək, respublikanın işlərinə dolayı yolla müdaxiləni göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov söyləyib.

Kremlin sözçüsü vəziyyəti belə şərh edib: “Bu cür qərarlar mütləq bu dövlətlərlə Belarus arasında dialoqun aparılmasına mane olacaq və çətinləşdirəcək”.

Peskov Kremlin beynəlxalq hüquqa zidd olan bu cür qərarları alqışlamadığını vurğulayıb. Onun sözlərinə görə, Avropa ölkələrinin mövqeyi Rusiya-Belarus münasibətlərinin mövcud vəziyyətinə və gələcək inkişaf perspektivlərinə təsir göstərməyəcək.

Sentyabrın 24-də Avropa Birliyinin Lukaşenkonun legitimliyini inkar etdiyi məlum olub. Bundan əvvəl, ABŞ onu qanuni dövlət başçısı kimi tanımaqdan imtina etdiyini elan edib.

Mənbə: teleqraf.com