Türkiyə ilə yaşanan gərginliklə bağlı diplomatiyaya şans verilməlidir.
Axar.az xəbər verir ki, bunu Yunanistan Baş naziri Kiryakos Miçotakis bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dostluq və əməkdaşlıq əlini uzatmağa səy göstərdiyini deyən Miçotakis Ankaranın Avropada körpü rolunu oynamaq istədiyini vurğulayıb.
Miçotakis görüşmək və söhbət etmək, qarşılıqlı məqbul bir həll yolu tapmaq və diplomatiyaya bir şans vermək üçün geri addım atmağı təklif edib.
Mənbə: axar.az