Yunan baş nazirdən Ərdoğana sürpriz çağırış - "Əgər həqiqətən..."

Yunan baş nazirdən Ərdoğana sürpriz çağırış - "Əgər həqiqətən..."

Yunanıstanın baş naziri Kiryakos Miçotakis Şərqi Aralıq dənizində Türkiyə ilə yaşanan gərginliklə bağlı "diplomatiyaya şans verilməlidir" təklifi ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Miçotakis yeni tip koronavirus (COVID-19) pandemiyası mövzusunda BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında ötən il keçirilən sessiya zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dostluq və əməkdaşlıq əli uzatdığını deyib:

"Avropada Türkiyə üçün bir körpü rolunu oynamaq niyyətimi ifadə etmişdim. Buna baxmayaraq Türkiyə bölgədə gərginliyi artırdı. Gərginliyin bu şəkildə artmayacağını hər kəs anlayır. Yaxın qonşular arasında ortaq nöqtələrin olacağına inanıram".

Miçotakis iki gün öncə iki ölkə arasında görüşlərin başlaması qərarını doğru yöndə atılmış addım hesab edtiyini deyib: "Prezident Ərdoğan BMT-nin həqiqətən bir ümid işığı və qlobal əməkdaşlığın qalası olduğuna inanırsa, onu bu dəyərlərə uyğun hərəkət etməyə çağırıram".

Mənbə: teleqraf.com