Ermənistan müxalifətinin lideri həbs olundu

Ermənistan müxalifətinin lideri həbs olundu

Ermənistan müxalifətinin lideri, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqaik Tsarukyan həbs edilib.

Bu barədə “aysor.am” məlumat yayıb.

Bildirilib ki, onun haqqında məhkəmə iki aylıq bəs qərarı verib.

Tsarukyanın vəkillərindən birinin verdiyi məlumata görə, bu qərardan appellyasiya şikayəti verəcəklər.

Həbs olunan müxalifət lideri 2017-ci il seçkilərində rüşvət qalmaqalında günahlandırılır. O özü isə bu işin siyasi motivli olduğunu iddia edib.

Qeyd edək ki, Ermənistanın üç müxalifət partiyası “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun” və “Rodina” 8 oktyabr tarixində ümumxalq mitinqi təyin ediblər.

Mənbə: www.oxu.az