Rusiyaya gözlənilməz təklif – Münaqişənin həlli ilə bağlı

Rusiyaya gözlənilməz təklif – Münaqişənin həlli ilə bağlı

“Rəsmi Kiyev Moskvanı Krımın işğaldan çıxarılması üçün qurulacaq beynəlxalq platformada iştirak etməyə dəvət edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbar deyib.

Xanım diplomat Moskvanın bu təkliflə razılaşacağına az ümid etdiyini bildirib: “Rusiya altı ildir ki, “dəvəquşu mövqeyi”ni saxlayır. Ukrayna və beynəlxalq hüquqa kinayəli yanaşır”.

Əminə Cabbarın sözlərinə görə, platformanın vəzifələrindən biri də yarımadadakı vəziyyətə, yəni Rusiyanın Krımda törətdiyi cinayətlərə nəzarət etməkdir:

“2014-cü ildə Krım və Donbasda baş verənlər İkinci Dünya Müharibəsindən sonra yaranan dünya nizamının pozulmasıdır. Ukrayna ədaləti bərpa etməkdə maraqlıdır. Bu, həm də Qərb ölkələri üçün bir sınaqdır”.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Krımla bağlı beynəlxalq danışıqlar platformasının yaradılacağını elan edib.

Mənbə: teleqraf.com